Aydındere Haber Giresun Haber Karadeniz Haber
19.04.2024
Giresun / 11°C

YENİ YILDA, SAĞLIK ve ÜRETİM.
YENİ YILDA, SAĞLIK ve ÜRETİM.

 

YENİ YILDA, SAĞLIK ve ÜRETİM.. / Hikmet Okuyar

*

Ödül dağıtımlarımız, Yeni isimlerle yeni eserleri tanıtımlarımız ve daha saygın paylaşımlarımız; Şebingülü sunumlarımızla sağlıkla daha çok üretimle daha kalıcı hizmetlerle devam ediyor.. Nice nice kutlu yeni yıllara.. Sevindik Ziba Huseynova Şiiri ile Yeni Yılda.. Hikmet Okuyar duaları ve dilekleri güzelliğinde..Daha çok şiir daha çok şuur ile..

.......

YENİ YILDA.. / Sevindik Ziba Huseynova

*

Selam, dostlar, arzum budur:

Xoş gün görək yeni yıldə.

Ürəklərdə kama yetsin,

Arzu-dilək yeni yıldə.

*

Qəlbimizə qəm dolmasın,

Ömrümüz vaxtsız solmasın.

İnsanlar heç vaxt olmasın,

Qəlbi kövrək yeni yıldə.

*

Şəfəq saçsın sevinc üzdə,

Azalmasın işıq gözdə.

Olsun halal süfrəmizdə,

Halal çörək yeni yıldə.

*

Hamı cəm olub yığışa,

Bir-biriylə xoş danışa,

Saf niyyətlə dost-tanışa,

Könül verək yeni yıldə.

*

Öz əhdinə sadiq dursun,

Toy-büsata naxış vursun.

Subaylar xoş həyat qursun,

Deyək, gülək yeni yıldə.

*

Səadətlə, məhəbbətlə,

Ehtiramla, çox hörmətlə,

Qəlbi təmiz, saf niyyətlə,

Ömür sürək yeni yıldə.

*

Nəğmə qoşaq, varaq-varaq,

Saza, sözə olsun maraq.

Namərdlərdən uzaq duraq,

Mərdi sevək yeni yıldə.

*

Mənə əzizsiz hamınız,

Çin olsun, arzu-kamınız.

Ziba deyir, bayramınız..

Çox mübarək, yeni yıldə !

*

Ziba Sevindik

31.12.2021, Bakü / AZERBAYCAN.



İsim Soyisim :
E-Mail :